16 aprel 2021 10:21
802

Çavuşoğlu Kiprə gedib

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu xüsusi təyyarə ilə  Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib.

"İki sahil" xəbər verir ki, Çavuşoğlu, səfəri ilə əlaqədar "Twitter" hesabında palaşım edərək, "Milli iddiamızı yeni bir vizyonla qorumaq üçün TRNC-dəyik", - deyə yazıb. 

15-16 apreldə Kipdə səfərdə olan nazir, Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında qarant ölkələrin iştirakı ilə 27-29 aprel tarixlərində Cenevrədə keçiriləcək Kiprlə əlaqədar qeyri-rəsmi konfransdan əvvəl sabah KKTC-də danışıqlar aparacaq.