16 aprel 2021 10:37
1095

Bakıda 20 yaşlı qız 7-ci mərtəbədən yıxılıb

Bakıda 20 yaşlı qız çoxmərtəbəli binadan yıxılıb.

"İki sahil"in xəbərinə görə, hadisə Pirallahı rayonu, Səməd Vurğun küçəsində baş verib.

2001-ci il təvəllüdlü İsazadə Gülnar Qabil qızı yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.