16 aprel 2021 10:39
721

Almaniyada koronavirusa yoluxanların sayı artdı

Almaniyada son bir gündə 25 831 nəfər koronavirus infeksiyasına yoluxub, 247 pasiyent dünyasını dəyişib.

"İki sahil" xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 3 099 273 yoluxma halı aşkarlanıb, 79,3 mindən çox ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, Almaniyada karantin rejimi 18 aprelədək uzadılıb.