16 aprel 2021 10:39
447

Erməni generallar Paşinyanın müharibə ilə bağlı bəyanatından narahatdırlar

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində çıxışı zamanı İkinci Qarabağ müharbəsi və sentyabrın 27-dən noyabrın 10-dək davam edən hərbi əməliyyatların gedişi haqqında verdiyi bəyanat ordu generalları arasında narahatlıq yaradıb.

“İki sahil” “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, generallar qapalı formada toplantı keçiriblər və müharibədən sonrakı vəziyyəti müzakirə ediblər. Nəşr vurğulayır ki, yüksək rütbəli hərbçilər onlar barədə cinayət işinin açılacağından narahatdırlar.

Qeyd edək ki, N.Paşinyan parlamentdəki çıxışında 44 günlük döyüşlərdə Ermənistan ordusunun əməliyyatlarının yetərsiz və səmərəsiz olduğunu bildirib. O, hadisələrlə bağlı araşdırma qrupu yaradılmayacağını da deyib: “Hər kəs öz vəzifəsini arxayın icra edə bilər. Ancaq buraxılan səhvləri öz aralarında müzakirə edib, nəticə çıxarmaq tapşırılıb”.

Lakin erməni generallar N.Paşinyanın dediklərinə o qədər də etibar etmirlər. Məğlub ordusunun yüksək rütbəli zabitləri yaxın zamanlarda vəziyyətin dəyişəcəyindən və məsuliyyətə cəlb olunacaqlarından qorxurlar.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. N.Paşinyan bu kimi çıxışlarla generalları özünə tabe etmək, seçkilərdə ona səs vermələrinə nail olmaq istəyir.