16 aprel 2021 11:18
467

Ermənistanda koronavirusdan ölənlərin sayı 3835 nəfərə yüksəlib

Ermənistanda son sutkada koronavirusa 961 yoluxma qeydə alınıb.

“İki sahil” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 207 103-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 18 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 835 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların sayı isə 186 200-ə çatıb. Hazırda 16 099 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda 2020-ci il martın 16-dan sentyabrın 11-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib. Sonra bu qərar karantin rejimi ilə əvəzlənib. Karantin rejiminn müddəti isə 2021-ci il iyulun 11-dək uzadılıb.