16 aprel 2021 11:22
884

ABŞ-da atışma: 8 ölü, çoxlu yaralı var

ABŞ-ın İndianapolis şəhərində "FedEx" poçt şirkətinin binası yaxınlığında atışma olub.

"İki sahil" xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub. Çoxlu sayda yaralıların olduğu deyilir.

Polis hadisəni törədən şəxsin intihar etdiyini bildirib. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.