16 aprel 2021 11:55
390

3 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatı start götürəcək.

"İki sahil" xəbər verir ki, Azərbaycan yığması 45 ölkədən 362 idmançının iştirak edəcəyi yarışa 9 cüdoçu ilə qatılıb.

Bu gün 3 idmaçımız Kəramət Hüseynov, Orxan Səfərov, Nicat Şıxəlizadə tatamiyə çıxacaq. 
 
Kişilər
 
60 kq

1/16

Kəramət Hüseynov - Nikolae Foca (Moldova)
 
66 kq

1/16 final

Orxan Səfərov – Amit Boboviç (İsrail)

Nicat Şıxəlizadə - Matey Polyak (Slovakiya)

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq.