16 aprel 2021 12:01
706

Türkiyədə kriptovalyutanın istifadəsi qadağan olundu

Türkiyə Mərkəzi Bankı ölkə ərazisində kriptovalyutanın maliyyə əməliyyatlarında qadağan edilməsi barədə qərar verib.

"İki sahil" xəbər verir ki, bununla bağlı məlumat "Resmi Gazete"də dərc olunub.

Qadağa aprelin 30-dan etibarən qüvvəyə minir.

Qərara əsasən, Türkiyədə istənilən növ kriptovalyutanın mal və xidmətlərə görə ödəniş vasitəsi kimi istifadəsi qadağan olunur.