16 aprel 2021 12:07
714

Emeridən Avroliqa rekordu

"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasında yeni rekorda imza atıb.

"İki sahil" xəbər verir ki, onun komandası 1/4 finalda Zaqreb "Dinamo"sunu mübarizədən kənarlaşdıraraq (1:0, 2:1) yarımfinala adlayıb.

Bununla da ispaniyalı çalışdırıcı karyerasında 6-cı dəfə turnirin yarımfinalına yüksəlib ki, indiyədək bunu bacaran baş məşqçi olmayıb.

Emeri 2012-ci ildə "Valensiya", 2014, 2015 və 2016-cı illərdə "Sevilya", 2019-cu ildə "Arsenal"la final uğrunda mübarizə aparıb. O, "Sevilya" ilə 3 dəfə Avroliqanın qalibi adını da qazanıb.