16 aprel 2021 12:14
624

Paşinyanın partiyasının Zəngəzur qorxusu

Ermənistanın hakim “Vətəndaş razılaşması” partiyası regionlarda səsvermə prosesindən narahatdır.

"İki sahil" xəbər verir ki, bu barədə “İravnuk” nəşri yazıb.

Paşinyan hakimiyyəti xüsusilə, Sünik (Zəngəzur), Lori, Kotayk və Araqatsotda səslərin necə təmin olunacağından dərin narahatlıq keçirir.

“Bu regionlarda hakim partiya kifayət qədər zəif mövqelərə malikdir. Qeyd edilən bölgələrdən seçilən deputatların reytinqi sıfırdır. Həmin ərazilərdə müxalif siyasi qüvvələrin tərəfdarları çoxluq təşkil edir. Hakimiyyət nümayəndələri səs toplamaq bir yana qalsın, açıq şəkildə Sünikə gələ bilməzlər", - deyə məlumatda qeyd olunub.