16 aprel 2021 12:28
695

Bundesliqa komandasının bütün heyəti təcrid olundu

Almaniyanın "Herta" komandası tam tərkibdə karantinə alınıb.

"İki sahil" "Bild"ə istinadən xəbər verir ki, buna Pal Dardai, onun köməkçisi Admir Hamzagiç, futbolçular Dodi Lükebakio və Marvin Plattenhardtın koronavirusa yoluxmaları səbəb olub.

Yerli hakimiyyət orqanlarının bu qərara israr etdiyi bildirilib. Bu, Bundesliqada 4 müsbət test üzündən bütün komandanın təcrid olunduğu ilk haldır.

Beləliklə, "Herta" Bundesliqada "Maynts", "Frayburq" və "Şalke" ilə matçları buraxacaq.