16 aprel 2021 12:32
646

Ukrayna tibbi marixuananı leqallaşdırmağa hazırlaşır

Ukrayna tibbi marixuananı leqallaşdırmağa hazırlaşır. Ali Radanın müvafiq komitəsi Ukraynada marixuananın leqallaşdırılmsı ilə bağlı qanun layihəsi üzərində işi başa çatdırıb.

"İki sahil" xəbər verir ki, bu barədə yerli mətbuata müsahibəsində Ali Radanın Səhiyyə komitəsinin üzvü, qanun layihəsinin müəlliflərindən biri olan Olqa Stefanişina məlumat verib.

Qanun layihəsi marixuananın istehsalı, ondan tibbi dərman kimi istifadəsi və nəzarət mexanizmini tənzimləyir. Qanun layihəsinə görə, marixuananın dövriyyəsinə və istifadəsinə Ukraynanın Səhiyyə və Daxili İşlər nazirlikləri nəzarət edəcək.