16 aprel 2021 12:46
1024

Ermənistandan kütləvi köç davam edir

Ermənistanın Zvartnos və Şirak hava limanlarından uçan təyyarələrlə bu ilin mart ayında 74 197 nəfər ölkəni tərk edib.

“İki sahil” “Qraparak” qəzetinə istinadən  xəbər verir ki, mart ayında Ermənistanın 42 283 vətəndaşı ölkəyə daxil olub.

“Qraparak” mart ayında ölkəyə gələn və gedənlər arasında fərqə diqqəti çəkərək 31 914 nəfərin Ermənistanı tərk etdiyini vuruğulayıb.

Qəzet narahatlıqla bildirib ki, Ermənistan və Qarabağdan ermənilər köç edərsə, onların yerini kim tutacaq?