“Kapital Bank”ın aktivləri 1 aprel 2021-ci il tarixinə 5,6 mlrd. manat təşkil edib.
Bankdan "İki sahil”ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi 2,2 mlrd. manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2021-ci il tarixinə 4 mlrd. manat olub.
Bankın 1 aprel 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 705 mln. manat, adi və imtiyazlı səhmlər isə 245 mln. manat təşkil edir.
Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.