16 aprel 2021 13:07
613

Zelenski Fransada rəsmi səfərdədir

Ukrayna Prezidenti Vladimir Zelenskinin aprelin 16-da Fransaya rəsmi səfəri başlayıb.

"İki sahil" xəbər verir ki, rəsmi səfər çərçivəsində Yelisey Sarayında Ukrayna və Fransa prezidentləri Vladimir Zelenski və Emmanuel Makron arasında görüş keçiriləcək.

Sonra Ukrayna, Fransa və Almaniya dövlət başçılarının üçtərəfli görüşü başlayacaq. Almaniya kansleri Angela Merkel görüşə videoformatda qatılacaq.

Görüşdə dövlətlərarası əməkdaşlıq, regiondakı vəziyyət, Donbasdakı gərginlik müzakirə ediləcək.