16 aprel 2021 13:29
650

“Roma”nın futbolçusunun evi qarət olunub

İtaliyanın “Roma” klubunun futbolçusu Kris Smollinqin evi qarət olunub.

"İki sahil" xəbər verir ki, hadisə bu gün səhər saat 5-ə yaxın baş verib.

Hamının yatdığı vaxt üç silahlı şəxs evə daxil olub. Cinayətkarlar Smollinqi seyfi açmağa vadar edib. Onlar seyfdə olan bütün qiymətli əşyaları götürüb.