16 aprel 2021 13:33
217

60 faizədək təmizlənmiş uranium əldə edilib

İran mütəxəssisləri 60 faizədək təmizlənmiş uranium filizinin ilk hissəsini əldə ediblər.

“İki sahil” İSNA-ya istinadən xəbər verir ki, bu barədə parlament sədri Məhəmməd Bağır Qalibaf bildirib.

Xatırladaq ki, 2015-ci ildə imzalanmış İran nüvə proqramına dair razılaşmaya (JCPOA – Müştərək Əhatəli Fəaliyyət Planı) İran cəmi 3,67 faizədək təmizlənmiş uranium istehsal edə bilər.