16 aprel 2021 13:47
655

Belarus prezidenti Moskvaya səfər edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko bu ilin aprelində Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb.

“İki sahil” “Sputnik Belarus”a istinadla xəbər verir ki, aprelin 16-da Aleksandr Lukaşenko Minskdə Rusiyanın baş naziri Mixail Mişustinlə ikitərəfli görüşün gündəliyini müzakirə edib.

“Biz Putinlə bir çox məsələlər üzrə iş qrafiki barədə razılığa gəlmişik. Təxminən aprelin 22-də Moskvada onunla görüşəcəyik. Bu və başqa problemlərin müzakirəsi ilə bağlı çox ciddi görüş olacaq”, - o deyib.