Nigeriyada azı 10 nəfər meyvə şirəsi içdikdən sonra zəhərlənərək öıüb, 400-dən çox insan isə xəstəxanalara yerləşdirilib.
"İki sahil" xəbər verir ki, insident ölkənin şimalinda yerləşən Kano ştatında qeydə alınıb. Xəstəxanaya yerləşdirilənlərə böyrək çatışmazlığı diaqnozu qoyulub.
Ştatın Səhiyyə naziri İbrahim Sanyava insanları Ramazan orucu günlərində ayıq-sayıq olmağa və əldə hazırlanan içkilərdən istifadə etməməyə çağırıb.
Hazırda hakimiyyət orqanları ölkənin şimalında qeydə alınan bir neçə zəhərlənmə faktı ilə bağlı təhqiqat aparır.