16 aprel 2021 15:14
644

Prezident Anlaşma Memorandumunu təsdiqlədi

Statistika Komitəsi ilə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında statistika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Fərman imzalayıb.

"İki sahil" xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında statistika sahəsində əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 24-də Bakıda və 2021-ci il fevralın 11-də Ankarada imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam Əməkdaşlıq Təşkilatına bildiriş göndərəcək.