16 aprel 2021 15:35
949

"Azərişıq" yeni elektron xidmət istifadəyə verib

"Azərişıq" ASC istehlakçıların elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulması üçün yeni elektron xidməti istifadəyə verib.

"İki sahil", bunu bu gün keçirilən mətbuat konfransında "Azərişıq" ASC-nin İdarə Heyəti sədrinin müşaviri Fərrux Əmirov deyib. O bildirib ki, qurum pandemiya dövründə istehlakçıların sağlamlığına da diqqət yetirir:

"Təqdim etdiyimiz bu xidmət vasitəsi ilə abunəçilər evdən və ya ofisdən çıxmadan elektrik enerjisi şəbəkəsinə qoşula bilərlər. Bu günə qədər artıq bu xidmət vasitəsi ilə 4000-ə yaxın müraciət daxil olub".