16 aprel 2021 15:38
744

Ermənistan prezidenti Gürcüstan baş naziri ilə görüşə bilməyib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili yaxın zamanlarda Ermənistana səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan Tbilisidə jurnalistlərə açıqlamasında məlumat verib.

O deyib ki, Gürcüstana rəsmi səfəri çərçivəsində İ.Qaribaşvili ilə görüşə bilməsə də, onunla telefonla danışıb.

A.Sarkisyan yaxın gələcəkdə Gürcüstana yenidən səfər edəcəyini söyləyib: “Samtsxe Cavaxeti bölgəsinə baş çəkmək istəsəm də, bu, pandemiya səbəbindən mümkün olmadı”.