İranın Fars əyalətindəki Lamərd şəhərində 22 yaşlı qadın hamısı oğlan olmaqla beşəm uşaq dünyaya gətirib.
"İki sahil" verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat verib. AZƏRTAC-ın məlumatına görə, ana özünü çox yaxşı hiss edir. Uşaqlar isə hələlik xəstəxanada həkim nəzarətindədir. Həkimlər qeyd edirlər ki, bir həftədən sonra körpələr evə buraxılacaq.
Sürücü işləyən körpələrin atası bildirib ki, 5 uşağın birdən olacağını gözləmirdi. O yeni və daha çox gəliri olan iş axtarışında olduğunu bildirib.