"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın müdafiəçisi Ozan Kabak haqda danışıb.
“İki sahil” xəbər verir ki, o, Türkiyə millisinin üzvü haqda müsbət fikirlər səsləndirib: "Ozan 20 yaşında bir uşaqdır. Böyük bir potensiala sahibdir. Son iki mövsümdə oynadığı komandalarda şanslı deyildi. Biri elitanı tərk etdi, digəri də böyük ehtimal eyni aqibəti yaşayacaq. Amma heç kimin onun səviyyəsindən şübhəsi yoxdur. Bizi buna razı saldı və özünü sübut etdi".
Qeyd edək ki, Ozan Kabak “Şalke”dən icarə əsasında “Liverpul”a bu qış keçib. İngiltərə təmsilçisinin onu birdəfəlik alacağı gözlənilir.