04 may 2021 15:01
551

İsrail mətbuatında Baydenin erməni tərəfkeşliyi tənqid edilib

İsrailin https://en.mida.org.il xəbər saytında "Prezident Bayden Ermənistanın qədim faciəsinə yas tutur, lakin onun müasir müharibə cinayətlərinə məhəl qoymur" sərlövhəli məqalə dərc edilib.

Bu barədə "İki sahil" Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.

Siyasi ekspert Reyçel Avraamın qələmə aldığı məqalədə bildirilir ki: "I Dünya müharibəsi zamanı ermənilərin başına gələnlərin miqyasını öyrənmək üçün erməni və türk tarixçilərindən ibarət xüsusi ortaq tarixi komissiya yaratmaq lazımdır. Lakin I Dünya müharibəsi zamanı ermənilərin başına gələnlərin bu gün mövcud olan heç bir dövlətlə əlaqəsi yoxdur. Osmanlı İmperiyası artıq mövcud deyil və nə müasir Türkiyə, nə də gənc Azərbaycan Respublikası buna görə məsuliyyət daşıyır".

Müəllif hesab edir ki, Türkiyəni və ya Azərbaycanı ittiham etmək, Roma imperatorluğunun yəhudi xalqının başına gətirdiklərinə görə İtaliyanı və ya İntibah dövründə aşkenazi yəhudilərinə edilən zülmdə Almaniya və Avstriyanı günahlandırmağa bərabər olardı.
Prezident Baydenin 106 il əvvəl baş verdiyi iddia olunan erməni faciəsini açıq şəkildə dilə gətirdiyi, lakin ermənilərin bolşeviklərlə birlikdə 1918-ci ildə azərbaycanlılara qarşı Quba soyqırımı, 1992-ci ildə isə Xocalı soyqırımı törətdikləri barədə susduğuna diqqət cəlb edilib. Xatırladıb ki, Quba soyqırımı zamanı 50 minə yaxın azərbaycanlı, Xocalı soyqırımı zamanı 613 azərbaycanlı qətlə yetirilib. Baydenin indiki Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklər barədə də danışmadığı nəzərə çatdırılıb. Müəllif Ermənistanın II Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərini kaset bombaları ilə bombardman etdiyini, mülki azərbaycanlılara qarşı əsassız hücumlara yol verdiyini və Ermənistanın ordusunun Dağlıq Qarabağ bölgəsində minalaşdırdığıl ərazilərin xəritələrini təhvil verməkdən imtina etdiyini buna misal çəkib.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
https://en.mida.org.il/2021/05/02/president-biden-mourns-armenias-ancient-tragedy-but-ignores-its-modern-day-war-crimes/