05 may 2021 17:08
967

Dövlət katibi: ABŞ Azərbaycanın üç ermənini azad etməsini alqışlayır

"ABŞ Azərbaycanın saxlanılan üç ermənini azad etməsini alqışlayır".

“İki sahil” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken "Twitter"də yazıb.

"Biz hər iki tərəfi əsirlər, saxlanılanlar və qalıqlarla bağlı mübadilə müddətini tam və sürətlə tamamlamağa və saxlanılanlarla insani rəftar öhdəliklərinə hörmət etməyə çağırırıq", - deyə ABŞ dövlət katibi bildirib.