06 may 2021 01:08
943

İnsident baş verib, xəsarət alan var

Ağdaş rayonunda sakinlər arasında insident baş verib.

"İki sahil" xəbər verir ki, bu barədə vəkil Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, hadisə Pirkəkə kəndində qeydə alınıb. Vəkil deyib ki, davaya səbəb kənd bələdiyyəsinə məxsus örüş sahələrində heyvanların otarılması olub. Nəticədə bir neçə şəxs yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti faktı təsdiqləyib. Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.