08 may 2021 13:00
768

İranın yük maşınları yenə Qarabağa gedir?

Bu gün İrandan yenə qanunsuz şəkildə içərisində şübhəli yüklərin olduğu güman edilən çox sayda yük maşınlarının Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa göndərilməsi ilə bağlı yeni video yayılıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb.

Videogörüntülərdə Laçın dəhlizi boyunca Xankəndinə gedən böyük tutumlu yük maşınlarını görmək olar.