08 may 2021 18:51
821

Metroda gediş haqqı 97 qəpik olacaq? Metropoliten rəsmisi açıqladı

Bu gün sosial şəbəkələrdə qiymət artımı ilə bağlı məsələlərdən çox bəhs olunur. Məlumatlarda bir sərnişinin daşınmasına çəkilən xərcdən söhbət gedir. Metroda sərnişindaşıma bərpa olunanda, qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlar tamamilə yanlışdır.

“İki sahil” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O, qeyd edib ki, hər bir sahədə olduğu kimi metroda da proqnozlaşdırma var. Hesablanıb ki, əgər iyunun 1-də metro açılarsa və il ərzində təxminən 132 milyon sərnişin daşınarsa, bir sərnişinin daşınmasına çəkiləcək xərcin 97 qəpik olması gözlənilir.

* 2019-cu ildə bir sərnişin 51 qəpiyə başa gəlib. Sərnişin 30 qəpiyə daşınıb.

* 2020-ci ildə bir sərnişin 1 manat 54 qəpiyə başa gəlib. Daşınıb 30 qəpiyə.

97 qəpik isə proqnozlaşdırılandır. Bəlkə metro iyunun 1-i açılmayacaq.

Yəni GÖZLƏNİLƏN və ya PROQNOZLAŞDIRILAN hələ FAKT deyil.

Bəlkə açılacaq 132 milyon deyil, daha az və ya dah çox daşınacaq. Yəni qiymət faktiki daşınan sərnişinə görə bəlli olacaq.

Amma qiymət artımı fərqli mövzudur. Maraqlanmaq istəyənlər üçün bildirim ki, hələlik Tarif Şurasına müraciət olunmayıb. Əsas vəzifə indi infrastrukturu qoruyub saxlamaqdır.

Metropolitençilərin işləmədiyini deyənlərə də deyim. Bu vəziyyətdə metropoliteni saxlamaq daha böyük zəhmətə, əziyyətə, səyə başa gəlir. Bütün güc, bilik, bacarıq məhz buna yönəlib.

Bu gün metropolitençilər əvvəlkindən dah çox əziyyət çəkir, zəhmət qoyur.

Tarif Şurasına müraciət edilərsə, bunu da ictimaiyyətə çəkinmədən açıqlamağa hazıram.