08 may 2021 22:00
850

Türkiyədə gündəlik yoluxma sayı kəskin azaldı

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“İki sahil” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 281 nəfər koronavirusun qurbanı olub.

228 min 873 COVID-19 testi aparılıb ki, bunun da 18 min 52-si müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 175-dir.

28 min 896 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 691 min 224-ə çatıb.