08 may 2021 22:29
784

Britaniyada 2047 yeni yoluxma

Böyük Britaniyada son sutka ərzində 2047 nəfər koronavirusa yoluxub.

Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 433 090 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 5 nəfər koronavirusdan həyatını itirib.

Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 603 nəfərə çatıb.