09 may 2021 02:18
1043

Dörd ayda vətəndaşların 5169 şikayət ərizəsi cavablandırılıb

2021-ci ilin ötən dörd ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olan 5169 şikayət məzmunlu ərizə cavablandırılıb.

Bu barədə "İki sahil"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin yanvar-aprel ayına olan hesabatına əsasən, müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 2409 məktub da araşdırılaraq cavablandırılıb: “Həmçinin 634 vətəndaş fərdi qaydada qəbul edilib və onların müxtəlif mövzularla bağlı ərizə, şikayət və sorğuları qəbul edilərək araşdırılmasının təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilib”.