"Liverpul"un "Şalke"dən icarəyə götürdüyü Ozan Kabak karyerasını "Leyptsiq"də davam etdirə bilər.
"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi komandadan ayrılacağı gözlənilən İbrahima Konatenin yerini türk müdafiəçi ilə doldurmaq istəyir. "Liverpul"un isə 21 yaşlı futbolçunu birdəfəlik almaq fikrinin olmadığı xatırladılıb.
Qeyd edək ki, İngiltərə klubu Kabakı yanvarda bu mövsümün sonuna kimi icarəyə götürüb.