18 may 2021 11:50
734

Ermənistanda axtarışda olan keçmiş nazir tutulub

Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, Yerevan şəhərinin sabiq meri Qaqik Beqleryan tutulub.

“İki sahil” erməni mediasına istinadən xəbər verir ki, o, Moskavdan Yerevana qayıdan zaman Zvratnos hava limanında saxlanılıb.

Q.Beqleryan külli miqdarda dövlət vəsatini mənimsəməkdə, vəzifəsindən sui-istifadədə və digər cinayətlərdə ittiham olunur. Onun barəsində 2020-ci ilin martından axtarış elan olunmuşdu.