18 may 2021 11:54
843

Astarada çəltik əkilir

Astarada ənənəvi kənd təsərrüfatı  sahəsi hesab olunan  çəltikçiliyə maraq böyükdür. Burada yetişdirilən düyü  keyfiyyətli olur, gətirdiyi gəlirlə  zəhmət adamların güzəranına yaxşı təsir göstərir. Bu yandan  dövlət də çəltik əkininə görə hər hektar üçün 80 manat subsidiya ayırır.  Rayonda gəlirli və gərəkli sahənin inkişafı bütün imkanlarda vardır.   Ötən il   204,6 hektar sahədə çəltik əkək astaralılar yetişdirdiyi məhsulun gətirdiyi qazancdan olduqca razı qalmışlar.

Hazırda rayonda çəltik əkinin qızğın vaxtıdır.  Artıq 130  hektar sahədə əkin keçirilib.  Havaların əlverişli keçməsi, torpaq adamların işə ürəklə yanaşması   kinin optimal müddətdə başa  çatmasından  xəbər verir.   Rayonun  Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan kəndlərinin təsərrüfatlarında daha çox  çəltikçiliklə məşğul olurlar. Əkin zamanı isə əsasən “Haşımı”, “Sədri”, “Daştəsə”, “Şabani”, “Züdrəst” və “Həsəni” kimi toxum növlərinə üstünlük təşkil edir.  Astaralılar ümumilikdə 250 hektar sahədə çəltik yetişdirməyi nəzərdə tutublar.

Yeni əkin mövsümündə  Astarada çəltik əkini kampaniyasına Türkiyənin iş adamları da cəlb olunublar. Bu məqsədlə rayonun Artupa,  Səncərədi kəndlərində və Ərçivan qəsəbəsində 40 hektara yaxın pay torpaqlarında, eləcə də dövlət fond torpağında çəltik əkilir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü