18 may 2021 12:10
731

“Real Madrid” dünyanın ən bahalı futbol klubudur

İngiltərənin “Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı futbol klublarının reytinq siyahısını açıqlayıb.

"İki sahil" xəbər verir ki, siyahıya Madridin “Real” klubu başçılıq edir. Belə ki, ötən illə müqayisədə 73 milyon dollar dəyər itirməsinə baxmayaraq, klub bu il də birinci yerdə qərarlaşıb. Hazırda bu klubun dəyəri 1,499 milyard dollardır. “Barselona” (1,487 milyard dollar) ikinci, “Mançester Yunayted” (1,327 milyard) isə üçüncü yerdədir.

İlk onluğun sonrakı pillələrində “Mançester Siti” (1,313 milyard dollar), “Bavariya” (1,255 milyard dollar), “Liverpul” (1,143 milyard dollar), “Paris Sen-Jermen” (1,042 milyard dollar), “Çelsi” (904 milyon dollar), “Tottenhem” (849 milyon dollar) və “Arsenal” (792 milyon dollar) klubları qərarlaşıb.