18 may 2021 12:34
775

Alma ixracı cüzi artıb

Cari ilin ilk 4 ayında ölkədən 20,8 min ton alma ixrac edilib.

"İki sahil" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən almanın dəyəri 8,7 milyon dollar təşkil edib.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 8,3 milyon dollar olmaqla 19,7 min ton alma ixrac edilib.