18 may 2021 13:05
469

80 yaşlı Quba sakininin evindən silah-sursat aşkarlandı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində evində silah-sursat saxlayan şəxs saxlanılıb.

"İki sahil" xəbər verir ki, Quba rayonunun Dağlı kəndində yaşayan 80 yaşlı Əliməmmədov Qubaşah Balamirza oğlunun evindən sənədsiz tüfənglər, patrondaş, müxtəlif kalibrli güllələr, eləcə də patron hazırlamaq üçün qırma, barıt və alətlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.