Paytaxt məktəblərinin birinci sinfinə 43 mindən artıq uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.
“İki sahil” xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir.
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.