18 may 2021 13:39
541

Nazir və dövlət katibi arasında ilk üz-üzə görüş olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken Reykyavikdə keçiriləcək görüşdə Fələstin-İsrail qarşıdurmasını və İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) tam həyata keçirilməsini müzakirə edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RBK-ya müsahibəsində deyib.

Bu, nazir və dövlət katibi arasında ilk üz-üzə görüş olacaq. Danışıqların gündəliyinə həm ikitərəfli münasibətlər, həm də beynəlxalq məsələlər daxildir. Son zamanlar ikitərəfli əlaqələrdə eniş var. Müzakirə ediləcək beynəlxalq mövzulara gəlincə isə, bura Fələstin-İsrail münaqişəsi ətrafında və bütövlükdə Yaxın Şərqdəki vəziyyət, İranın nüvə proqramı ətrafında tənzimləməyə dair danışıqların irəliləməsi, tərəflərinHərtərəfli Birgə Fəaliyyət Planına dönməsivə Planın tam miqyaslı tətbiqi daxildir. Arktik Şurasına sədrliyin Rusiyaya keçdiyini nəzərə alsaq, təbii ki, Arktika barəsindədə fikir mübadiləsi aparılacaq”, - deyə Rusiya XİN başçısının müavini bildirib.