18 may 2021 14:10
501

Rudenko İran səfiri ilə Qarabağı müzakirə etdi

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko İranın Moskvadakı səfiri Kazem Cəlali ilə Ermənistan- Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

"İki sahil" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsöhbətlər, Qarabağ problemi də daxil olmaqla, regional gündəmin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.