18 may 2021 14:24
753

Ronaldo Mbappe və Haaland arasında seçim edə bilmədi

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo Kilian Mbappe (PSJ) ilə Erlinq Haaland ("Borussiya" Dortmund) arasında ən yaxşısını seçə bilməyib.

"İki sahil" xəbər verir ki, bu barədə o, goal.com-a açıqlamasında deyib: “Yalnız bir oyunçunu seçmək və ən yaxşısı olacağını söyləmək çətindir, amma onları izləməyin əyləncəli olduğunu düşünürəm. Erlinq Haaland və Kilian Mbappe gənc oyunçuların yeni nəslidir.

Bəzi oyunçular bir və ya iki əla mövsümü ola bilər, həqiqətən də böyük oyunçular bunu hər mövsüm davam etdirənlərdir. Bu isə asan deyil. Bunun üçün çox zəhmət və sədaqət tələb olunur".