18 may 2021 15:07
770

Növbəti dəfə karantin rejimi yumşaldılıb

Böyük Britaniyada növbəti dəfə karantin rejimi yumşaldılıb.

"İki sahil" xəbər verir ki, 4 mərhələli planın 3-cü hissəsinə əsasən Krallıqda restoran, kafe, klublar (daxili hissəsində), kinoteatrlar, muzeylər və otellər müəyyən qaydalara riayət edərək fəaliyyətə başlayıb. Həmçinin plana görə fərqli ailələrdən olan şəxslərin görüşməsinə və bir neçə ölkəyə səyahətə də icazə verilib.

Toy və müəyyən vacib görüşlərin isə 30 nəfərin iştirakı ilə keçirilməsinə qərar verilib.

Krallıqda koronavirusa görə tətbiq olunan karantin rejimi 4 mərhələli plana əsasən sona çatır. 1-ci mərhələ martın 8-də başlayıb və təhsil müəssisələrində dərslər bərpa olunub. 2-ci mərhələ aprel ayının 12-dən başlayıb - bütün ticarət mərkəzləri, mağazalar fəaliyyətini bərpa edib.