18 may 2021 15:10
808

Qubada iki yük maşını toqquşub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunda “Shacman” markalı iki yük avtomobili toqquşub.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Keçirilən tədbirlər nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobillərdən birində sıxılı vəziyyətdə qalan sürücü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.