18 may 2021 15:21
798

Ya maaş endirimi, ya da ayrılıq

"Barselona" büdcəsində yaranan problemlərə görə 4 futbolçusundan maaşlarında güzəştə getmələrini istəyir.

"İki sahil" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, həmin oyunçular Antuan Qrizmann, Jerar Pike, Serji Roberto və Serxio Busqetsdir. Kataloniya klubunun hazırda əsas məqsədi "Mançester Siti"dən Serxio Aquero, "Lion"dan Memfis Depayı transfer etmək və kapitanı Lionel Messi ilə yeni müqavilə imzalamaqdır. Buna görə də "Barselona" sözügedən futbolçulardan maaşlarında güzəştə getməyi xahiş edir. Əks-halda klub onlarla yollarını ayıracaq.

Qeyd edək ki, Qrizmann 2017-ci, Roberto 2011-ci, Busqets və Pike isə 2008-ci ildən "Barselona"da çıxış edir.