18 may 2021 15:29
520

"Qarasuçay" qum-çınqıl yatağı hərraca çıxarılıb

Azərbaycanda faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraca “Qarasuçay” qum-çınqıl yatağı çıxarılıb.

İqtisadiyyat Nazirliyindən “İki sahil"”ə verilən məlumata görə, ötən gün keçirilən hərracda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “54 saylı Yol İstismarı” MMC LOT-2 üzrə “Qarasuçay” qum-çınqıl yatağından 225 min m³ olan yer təki sahəsindən istifadə hüququ qazanıb.

Qeyd edək ki, hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb.

Yaxın zamanlarda növbəti hərracların keçirilməsi planlaşdırılır. Yer təki sahəsində fəaliyyətlə məşğul olmaq istəyən sahibkarlar hərraclarda fəal iştiraka dəvət edilir.