18 may 2021 15:38
812

Qvardiola qərarını verdi: Bu, mümkün deyil

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubun yay transfer pəncərəsi üçün planları  barədə danışıb.

"İki sahil" "Daily Mail"ə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bu komandada özünü xoşbəxt hiss etməyən futbolçuları klubdan göndərməyə hazır olduqlarını deyib: "Bəzən oyunçular oynamaq istəməyəndə bunu bir mövsüm və ya daha qısa bir müddətlik qəbul edə bilərsiniz. Amma uzun müddətlik yox. Bu, mümkün deyil. Ona görə də bu mövqedə dəyişikliklər etmək məcburiyyətindəyik. Mövsümün sonunda hər şeyi aydınlaşdıracağıq. Burada oynamaqdan xoşbəxt olmayan futbolçularla danışacağıq və biz də, onlar da qəti qərarlar verəcəyik. Biz onlar üçün ən yaxşısının olmasını istəyirik".

İngiltərə mətbuatında yer alan xəbərlərə görə, Qvardiola bu açıqlamasında Rahim Sterlinq və Emerik Laportanı nəzərdə tutub.

Qeyd edək ki, "Mançester Siti" artıq Premyer Liqada çempionluğu rəsmiləşdirib. Komanda Çempionlar Liqasının final mərhələsinədək irəliləyib. "Şəhərlilər" həlledici görüşdə "Çelsi" ilə qarışılaşacaq.