18 may 2021 15:42
357

40 yaşlı müəllim koronavirusdan vəfat edib

Yasamal rayonu, 18 nömrəli tam orta məktəbin 40 yaşlı müəllimi koronavirusdan vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Sağlam Təhsil-Sağlam Millət” layihəsindən məlumat verilib. Məktəbin Sağlam Təhsil sinfinin müəllimi Vəfa Teymurova bir müddətdir ki, koronavirusdan əziyyət çəkirmiş.

Qeyd edək ki, 40 yaşlı V. Teymurova Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.