“Shell” şirkətinin köməkçi şöbəsi olan “Shell Offshore Inc.” çirklənməyə səbəb olduğu üçün federal hökumətə 2.2 milyon dollar maddi vəsait ödəyəcəyinə razılaşdığını bildirib.
Qeyd edək ki, 2016-cı ilin may ayında şirkətə məxsus boru xəttində yaranan problem nəticəsində 1900 barrel neft sızaraq Meksika körfəzinə axmış və suyu çirkləndirmişdi.
“İki sahil” “nola.com” saytına istinadən xəbər verir ki, cərimə Federal büro tərəfindən hesablanaraq elan edilib və 30 gün ərzində nəzərdə tutulan vəsait ödəniləcək. Vəsait “Oil Spill Liability Trust” fonduna təmizləmə işləri aparmaq üçün ödəniləcək. Əlavə olaraq, şirkət keçən ilin iyul ayında təbiətə vurduğu zərərə görə də 3.9 milyon dollar pul ödəyəcək.