09 fevral 2016 18:35
398

Apellyasiya Şurası şikayətlərə qanunvericilik çərçivəsində baxacaq və müvafiq qərar qəbul edəcək

İqtisadiyyat Nazirliyində yeni yaradılan Apellyasiya Şurası sahibkarlıq subyektləri tərəfindən nazirliyin fəaliyyət sahəsinə dair daxil olan şikayətlərə qanunvericiliyə uyğun olaraq baxacaq və müvafiq qərar qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə iqtisadiyyat nazirinin müavini, Apellyasiya Şurasının rəhbəri Sahib Məmmədov deyib.

Nazir müavini qeyd edib ki, müraciətlər həm elektron qaydada, həm də "195-2" Çağrı Mərkəzi vasitəsilə daxil ola bilər. Bütün müraciətlərə dərhal operativ reaksiya veriləcək.